Pasxa bayramında Ermənistanda kilsələr bağlı olacaq

Region
  • 11 aprel, 2020
  • 11:15
Pasxa bayramında Ermənistanda kilsələr bağlı olacaq

Ermənistanda kilsələr bağlı olacaq.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.

“Ermənistanda aprelin 12-də Pasxa tədbirlərində kilsə bağlı olacaq”, - o bildirib.

Qeyd edək ki, Ermənistan üzrə koronavirusdan 13 nəfər ölüb, 977 nəfər isə virusa yoluxub.