Overçuk: “Ermənistanla Azərbaycan arasında dəmiryolunun açılışı ilə bağlı sənədlər hazırlıq səviyyəsindədir” - YENİLƏNİB

Region
  • 15 dekabr, 2023
  • 12:50
Overçuk: “Ermənistanla Azərbaycan arasında dəmiryolunun açılışı ilə bağlı sənədlər hazırlıq səviyyəsindədir” - YENİLƏNİB
Aleksey Overçuk

Ermənistanla Azərbaycan arasında dəmiryolu əlaqəsinin açılmasına dair sənədlər yüksək hazırlıq səviyyəsindədir.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini, Aleksey Overçuk İrəvanda keçirilən hökumətlərarası komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilir. Bu məqsədlə üç ölkənin baş nazirinin müavinlərinin həmsədrliyi ilə işçi qrupu yaradılıb:

“İşçi qrupunun hazırladığı sənədlər yüksək hazırlıq səviyyəsindədir. Söhbət ilk növbədə dəmiryolu əlaqəsinin açılmasından gedir. Biz bu işi davam etdirməyə hazırıq, daha doğrusu, Rusiya burada vasitəçi rolunu oynayır. Əgər tərəflər işləri davam etdirməyə hazırdırlarsa, o zaman təbii ki, biz də iştirak etməyə hazırıq”.

A.Overçuk tərəflərin birbaşa işə başlamasını müsbət məqam kim qeyd edib.

Rusiya Baş nazirinin müavini bildirib ki, kommunikasiyaların açılması üçün tələb olunan maliyyə vəsaiti barədə müxtəlif hesablamalar var. Yekun rəqəmlər texniki tapşırıqlar hazırlandıqdan və layihənin texniki-iqtisadi əsaslandırılmasından sonra elan edilə bilər.

12:03

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda səfərdədir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Bildirilib ki, regionda kommunikasiyaların açılması məsələsi, eləcə də İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində Ermənistan-Rusiya münasibətləri, Avrasiya İqtisadi İttifaqı formatında qarşılıqlı fəaliyyət müzakirə olunub.

Qeyd edək ki, bu gün İrəvanda İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.