Paşinyan: "Müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər"

Region
  • 29 sentyabr, 2022
  • 07:34
Paşinyan: Müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər
Nikol Paşinyan

“Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər”.

“Report” Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan almalı olduğu yüz milyonlarla dollar dəyərində silahı almayıb:

“Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”.