Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib

Region
  • 04 dekabr, 2024
  • 13:17
Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtması getdikcə çətinləşir, hətta qeyri-mümkün olur.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

"Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib. Ermənistan özünü KTMT-dən kənarda hesab edir, bununla yanaşı, həmkarlara hörmət əlaməti olaraq təşkilat ölkələrinin qəbul etdiyi qərarlara mane olmur", - o qeyd edib.

44 - Tezliklə