Paşinyan baş nazir vəzifəsinə namizəd olmaq üçün tələb olunan sayda imza toplayıb

Region
  • 03 may, 2018
  • 11:54
Paşinyan baş nazir vəzifəsinə namizəd olmaq üçün tələb olunan sayda imza toplayıb
ТАСС

Bakı. 3 may. REPORT.AZ/ Ermənistanın müxalifət hərəkatının lideri Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün tələb olunan parlament deputatlarının üçdə birinin imzasını toplayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "Yolk" ("Çıxış") müxalifət blokundan olan deputat Ararat Mirzoyan bildirib.

"Paşinyanın namizədliyi bu gün və ya sabah rəsmən irəli sürüləcək", - A.Mirzoyan vurğulayıb.

Öz növbəsində, "Tsarukyan" blokunun nümayəndəsi, deputat Naira Zöhrabyan təmsil etdiyi blokun 31 deputatından 27-sinin artıq sənədi imzaladığını qeyd edib.

N.Paşinyanın hökumət başçısı postuna namizədliyinin lehinə "Tsarukyan" blokundan əlavə, "Daşnaksütyun" və "Yolk" fraksiyaları da mövqelərini bildiriblər.

Xatırladaq ki, mayın 8-də Ermənistan parlamentində növbədənkənar baş nazir seçkiləri keçiriləcək.

44 - Tezliklə