Paşinyan: Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesini aktivləşdirə bilər

Region
  • 24 oktyabr, 2024
  • 11:37
Paşinyan: Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesini aktivləşdirə bilər
Nikol Paşinyan

Bakı və İrəvan Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə qüvvəyə mindikdən sonra 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlət sərhədlərinin delimitasiyası prosesini aktivləşdirə bilər.

“Report"un Kazana ezam olunan əməkdaşının məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatında çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycan və Ermənistan son aylarda dəfələrlə sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə layihəsinin azı 80-90 % hazır olduğunu bəyan ediblər.

44 filmi