Nikol Paşinyan 10 yepiskopun katolikosun taxtdan çəkilməsinə dair tələbini müsbət qarşılayır

Region
  • 18 dekabr, 2025
  • 14:35
Nikol Paşinyan 10 yepiskopun katolikosun taxtdan çəkilməsinə dair tələbini müsbət qarşılayır

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin taxtdan imtina etməsi zəruriliyi barədə 10 yepiskopun bəyanatını müsbət qarşılayıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Bu gün (Eçmiadzində - red.) toqquşma ehtimalını istisna edirəm. Ermənistan hüquq-mühafizə orqanları bütün təhdidləri neytrallaşdırmaq üçün hər cür imkana malikdir", - Nikol Paşinyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, kilsənin bərpa olunması və böhranın aradan qaldırılması bütün ermənilərin katolikosunun taxtdan imtinası olmadan mümkün deyil.

"Erməni Apostol Kilsəsi Krtriç Nersisyandan (II Qaregin - red.) və kilsəni ələ keçirən təriqətçilər qrupundan qorunmalıdır. Krtriç Nersisyan və onun əhatəsi kilsəni ələ keçirmiş təriqətçilərdir", - Baş nazir vurğulayıb.

Nikol Paşinyan 10 yepiskopun hərəkətlərinə rəhbərlik etmədiyini, lakin onların bəyanatını müsbət qarşıladığını və dəstəklədiyini söyləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti