Mirzoyan Cənubi Qafqazda sabitliyə dair baxışlarını NATO-ya təqdim edib - YENİLƏNİB
- 12 sentyabr, 2025
- 17:21
 
                            
                            
                        Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-da akkreditə olunmuş bir sıra ölkələrin səfirlərini qəbul edib.
Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.
Görüş zamanı XİN başçısı NATO-ya üzv ölkələrin daimi nümayəndələri ilə Cənubi Qafqaz üçün tarixi hadisəni - ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Ağ Evdə birgə bəyannamənin imzalamasını müzakirə edib.
A.Mirzoyan regionda sabitliyin möhkəmləndirilməsinə dair Ermənistanın baxışlarını təqdim edib.
Bundan başqa, tərəflər Ermənistanın NATO və onun üzv dövlətləri ilə tərəfdaşlığının inkişafı, eləcə də bu istiqamətdə aparılan birgə iş barədə fikir mübadiləsi aparıblar.
Ermənistanın müdafiə naziri Suren Papikyan və NATO-da akkreditə olunmuş bir sıra ölkələrin səfirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.
Tərəflər Ermənistan-NATO tərəfdaşlığının mövcud vəziyyətini və inkişaf perspektivlərini, müdafiə sahəsində aparılan islahatları, silahlı qüvvələrin transformasiyası, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
