Özbəkistanda koronavirusa yoluxanların sayı artdı

Region
  • 15 aprel, 2020
  • 06:07
Özbəkistanda koronavirusa yoluxanların sayı artdı

Özbəkistanda koronavirusa yoluxanların sayı 1 214-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada daha 49 nəfər virusa yoluxub.

Qeyd edək ki, ölkədə indiyədək koronavirusdan 4 nəfər ölüb.  

Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda koronavirusa ilk yoluxma faktı martın 15-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 000 000-u ötüb. Bunların 484 729 nəfəri sağalıb, 126 758 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

44 - Tezliklə