Özbəkistanda koronavirusa yoluxanların sayı 1 924-ə çatdı

Region
  • 28 aprel, 2020
  • 05:36
Özbəkistanda koronavirusa yoluxanların sayı 1 924-ə çatdı

Özbəkistanda ötən sutkada 20 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 1 924-ə yüksəlib.

Bildirilib ki, indiyədək 892 nəfər virusdan sağalıb, 8 nəfər isə pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 065 000-i ötüb. Bunların 922 844 nəfəri sağalıb, 211 620 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

44 - Tezliklə