Özbəkistan Prezidentinin andiçmə mərasimi keçiriləcək

Region
  • 04 noyabr, 2021
  • 12:13
Özbəkistan Prezidentinin andiçmə mərasimi keçiriləcək
Şavkat Mirziyoyev

Noyabrın 6-da Özbəkistanın ikinci müddətə prezidenti seçilən Şavkat Mirziyoyevin andiçmə mərasimi keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, o, həmin tarixdən vəzifəsinin icrasına başlayacaq.

İnaqurasiya Senatın yeni binasında baş tutacaq.

Qeyd edək ki, Ş.Mirziyoyev 80,12 faiz səslə seçkilərdə qalib gəlmişdi.