İran ilə ABŞ arasında danışıqlar davam etdiriləcək - YENİLƏNİB

Region
  • 06 fevral, 2026
  • 18:05
İran ilə ABŞ arasında danışıqlar davam etdiriləcək - YENİLƏNİB

İran və ABŞ danışıqların başqa bir vaxtda davam etdirilməsi barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Qeyd edək ki, tərəflər arasında danışıqlar 5 saat davam edib.

Omanda İran və ABŞ arasında İranın nüvə proqramı üzrə danışıqların birinci raundu başa çatıb.

"Report" xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

İran nümayəndə heyəti danışıqlar yerini tərk edib.

Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının birinci raundu başlayıb.

"Report" xəbər verir ki, məlumatı "Tasnim News" informasiya agentliyi yayıb.

Bildirilib ki, danışıqlara ABŞ-dən Prezidentin xüsusi nümayəndəsi Stiff Uitkoff, İrandan isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.

Məlumata görə, İran XİN-in başçısı danışıqlardan əvvəl Oman Krallığının xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşərək, İran-ABŞ danışıqlarının irəliləməsi yollarını müzakirə ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti