Nursultan Nazarbayev: "Qazaxıstan nüvə silahından imtina müqabilində sərmayə və hərbi texnika əldə edib"

Region
  • 03 noyabr, 2016
  • 11:51
Nursultan Nazarbayev: Qazaxıstan nüvə silahından imtina müqabilində sərmayə və hərbi texnika əldə edib

Bakı. 3 noyabr. REPORT.AZ/ "Nüvə silahından imtina ilə bağlı qərar qəbul edərkən Qazaxıstan bəşəriyyətin təhlükəsizliyinin qayğısına qalıb".

"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Yaponiya NHK teleradio yayımı korporasiyasına və "Kiodo Tsusin" xəbər agentliyinə müsahibəsində deyib.

"Hesab edirəm ki, nüvə poliqonunu ləğv edən Qazaxıstan bu silahdan imtina etməklə bütün bəşəriyyətin rahat nəfəs almasına yardım göstərib. Belə ölkədə bu qədər silahı təsəvvür edirsiniz? Bu cür silahlar istənilən şəxsin əlinə keçə bilərdi" - o bildirib.

Prezidentin sözlərinə görə, Qazaxıstan bunun müqabilində ordusunu hərbi texnika ilə təchiz etmək və sərmayə cəlb etmək imkanı qazanıb.

44 filmi