Novak: Rusiyanın bəzi regionlarında yanacaqla bağlı gərgin vəziyyət qalmaqdadır

Region
  • 21 iyul, 2026
  • 15:36
Novak: Rusiyanın bəzi regionlarında yanacaqla bağlı gərgin vəziyyət qalmaqdadır

Rusiyanın bəzi regionlarında yanacaqla bağlı gərgin vəziyyət qalmaqdadır.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak hökumətin iclasından sonra bildirib.

Onun sözlərinə görə, bəzi regionlarda artıq yanacağın buraxılışına qoyulan məhdudiyyətlər aradan qaldırılır və yanacaqdoldurma məntəqələrində növbələr azalır: "Əlbəttə, bu gün ayrı-ayrı regionlarda gərgin vəziyyət qalmaqdadır və şirkətlərlə bu regionların neft məhsulları ilə necə təmin ediləcəyini müzakirə etdik".

A.Novak bildirib ki, hökumət məhsul yığımında iştirak edən kənd təsərrüfatı şirkətlərinin yanacaqla təchizatına xüsusi diqqət yetirir.

Regionlarda yanacaq qıtlığı may ayından müşahidə olunur. Onlarla regionda yanacaq doldurma məntəqələrində yanacaq və benzinin satışına məhdudiyyətlər tətbiq edilib. Problemlər Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarından sonra yaranıb.