Paşinyan Aİ Şurasının Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib

Region
  • 13 yanvar, 2025
  • 13:04
Paşinyan Aİ Şurasının Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib

Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.

Baş nazir A.Koştanı yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Avropa İttifaqı Şurasının Prezidentini Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb.

N.Paşinyan Ermənistan-Aİ əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.

Tərəflər gələcəkdə münasib vaxtlarda dialoqu davam etdirməyi razılaşıblar.

44 filmi