NATO-Ukrayna komissiyasının təcili iclası keçirilir
- 22 fevral, 2022
- 13:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Belçikanın paytaxtı Brüsseldə NATO-Ukrayna komissiyasının növbədənkənar toplantısı keçirilir.
“Report” xəbər verir ki, bu barədə Alyans məlumat yayıb.
Bildirilib ki, iclasdan sonra Bakı vaxtı ilə saat 20:00-da NATO-nun Baş katibi Yens Stoltenberq brifinq keçirəcək.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.