Paşinyan: Ermənistan NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir - YENİLƏNİB

Region
  • 18 dekabr, 2025
  • 17:04
Paşinyan: Ermənistan NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir - YENİLƏNİB

Ermənistan regionda sabitlik və təhlükəsizlik gündəliyini irəlilədilməsi üçün NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

"Report"un Ermənistan hökumətinə istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan NATO-nun Baş katibinin müavini Radmila Şekerinska ilə görüşündə bildirib.

Danışıqlar zamanı tərəflər Ermənistan və NATO arasında tərəfdaşlığa və əməkdaşlığın inkişafına dair məsələləri müzakirə ediblər.

"Baş nazir qeyd edib ki, Ermənistan beynəlxalq tərəfdaşlarla, o cümlədən NATO ilə regionda təhlükəsizlik və sabitlik gündəliyinin irəliləməsi məqsədilə əməkdaşlığa böyük əhəmiyyət verir. Ermənistan və Azərbaycan tərəfindən 8 avqust tarixində imzalanmış Vaşinqton Bəyannaməsi və ondan sonrakı hadisələr müzakirə edilib. Regional kommunikasiyaların açılmasına yönəlmiş addımlar, xüsusən TRIPP layihələri haqqında fikir mübadiləsi aparılıb. Həmsöhbətlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər", - Ermənistan hökumətinin məlumatında deyilir.

NATO-nun Baş katibinin müavini Radmila Şekerinska Ermənistanda səfərdədir.

Bu barədə"Report" Ermənistan parlamentinə istinadən xəbər verir.

R.Şekerinska artıq parlament sədri Alen Simonyanla görüşüb.

"Müzakirələrin mərkəzində Ermənistan və Azərbaycan arasında sülhə dair məsələlər, həmçinin regional inkişafla bağlı və ikitərəfli maraq kəsb edən mövzular olub", - məlumatda bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti