NATO ölkələrinin XİN başçılarının növbəti görüşü İsveçdə keçiriləcək
- 31 mart, 2026
- 14:53
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü mayın 21-22-də İsveçin Helsinqborq şəhərində keçiriləcək.
"Report" Alyansın bəyanatına istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte İsveçin bu tədbirə ev sahibliyi etmək qərarını alqışlayıb.
Helsinqborqda nazirlərin müdafiə xərclərinin artırılması, müdafiə sahəsində istehsalın genişləndirilməsi, eləcə də Ukraynaya daha çox dəstəyin göstərilməsi ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.
"Nazirlərin Helsinqborq görüşü bu ilin iyulunda Ankarada keçiriləcək NATO dövlət və hökumət başçılarının növbəti sammitinə zəmin yaratmağa kömək edəcək", - bəyanatda deyilir.
Xatırladaq ki, İsveç 2024-cü ilin martında rəsmi olaraq NATO-nun 32-ci üzvü olub.