XİN başçısının müavini: “NATO Ermənistanı alyansa qoşulmağa çağırmayıb” - YENİLƏNİB

Region
  • 04 sentyabr, 2023
  • 12:23
XİN başçısının müavini: “NATO Ermənistanı alyansa qoşulmağa çağırmayıb” - YENİLƏNİB

“NATO Ermənistanı alyansa qoşulmağa çağırmayıb”.

“Report” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, rəsmi İrəvan təşkilatla əməkdaşlığı davam etdirməyə hazırdır: “Ermənistanla alyans arasında bir neçə ildir təmaslar aparılır. Müxtəlif formatlarda əməkdaşlıq qurulub”.

11:25

NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger Ermənistanı Alyansa üzv olmağa çağırıb.

“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

G.Fehlinger, həmçinin ABŞ Prezidenti Cozef Baydeni Ermənistanı himayə etməyə səsləyib.

44 filmi