NATO baş katibin müavini: “İsgəndər”in Kalininqradda yerləşdirilməsi NATO-ya üzv bəzi dövlətlərin təhlükəsizliyini təhdid edir”
- 03 aprel, 2017
- 07:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 aprel. REPORT.AZ/ “İsgəndər” raket kompleksinin Kalininqradda yerləşdirilməsi NATO-ya üzv bəzi dövlətlərin təhlükəsizliyini təhdid edir”.
“Report” xəbər verir ki, bunu NATO baş katibinin müavini Rouz Gettemüller “Kommersant” qəzetinə müsahibəsində bildirib.
“Kalininqrad vilayətinin Rusiyanın ərazisi olmasında heç kim mübahisə etməz. Ancaq “İsgəndər” raket kompleksinin yerləşdirilməsi silahlanma və hava məkanına nəzarəti gücləndirməsi tendensiyasına sübutdur. Rusiya ilə qonşu olan NATO üzvlərinin çoxu bunu öz təhlükəsizlikləri üçün təhdid hesab edir”,- deyə, Getteçüller vurğulayıb.
Məlumata görə, bir müddət əvvəl Rusiyanın Müdafiə Nazirliyi “İsgəndər-M” kompleksinin Kalininqrad vilayətində yerləşdirildiyini təsdiqləyib.