NATO Baş katibi Gürcüstanın yeni XİN başçısı ilə görüşüb

Region
  • 07 aprel, 2022
  • 12:01
NATO Baş katibi Gürcüstanın yeni XİN başçısı ilə görüşüb

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə baş katibin Gürcüstanın və ölkənin Avroatlantik inteqrasiyasına xüsusi şəxsi dəstəyi, həmçinin bu prosesdə Alyansın davamlı və güclü dəstəyinin təmin edilməsinin vacibliyi vurğulanıb.

Tərəflər gələcəkdə də fəal əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər. Tanışlıq görüşündə regionda təhlükəsizlik mühiti ilə bağlı da fikir mübadiləsi aparılıb.