Mövlud Çavuşoğlu: “Türkiyə silah almaq üçün alternativlər axtarır”

Region
  • 16 noyabr, 2017
  • 09:18
Mövlud Çavuşoğlu: “Türkiyə silah almaq üçün alternativlər axtarır”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Report

Bakı. 16 noyabr. REPORT.AZ/ “ABŞ-dan aldığımız silahların tədarükü ilə bağlı gecikmələr olduğu üçün Türkiyə alternativlər axtarır”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentin büdcə komissiyasının iclasında bildirib.

O, Suriyadakı vəziyyətdən danışarkən deyib: “YPG” silahlıları (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu – “Report”) Raqqaya terrorçu İŞİD-lə savaşmaq üçün deyil, bölgəni ələ keçirməkdən ötrü gediblər”.