Mövlud Çavuşoğlu sabah Qazaxıstana rəsmi səfər edəcək

Region
  • 23 fevral, 2022
  • 10:30
Mövlud Çavuşoğlu sabah Qazaxıstana rəsmi səfər edəcək
Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Qazaxıstana rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, M.Çavuşoğlu həmkarı Muxtar Tileuberdi ilə regional məsələləri müzakirə edəcək.

Onun həmçinin Prezident Kasım-Jomart Tokayevlə görüşəcəyi də gözlənilir.