Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin Türkiyəyə təsirindən danışıb

Region
  • 08 avqust, 2022
  • 08:19
Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin Türkiyəyə təsirindən danışıb
Mövlud Çavuşoğlu

“Türkiyə Qara dənizdəki iki qonşusu arasında davam edən müharibənin təsirlərini hiss edir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.

“Ukraynaya müharibənin ilk günlərindən etibarən ciddi dəstək verdik. Qara dənizdə hərbi gərginliyin qarşısını almağa çalışdıq. Tərəfləri İstanbul və Antalyada görüşdürdük. BMT ilə birlikdə qida təhlükəsizliyinə dəstək olmağa çalışdıq”, - o söyləyib.

44 - Tezliklə