Moskvada yanğın zamanı iki xilasedici ölüb - VİDEO

Region
  • 27 fevral, 2018
  • 21:58
Moskvada yanğın zamanı iki xilasedici ölüb - VİDEO

Bakı. 28 fevral. REPORT.AZ/ Moskvanın şimalında yerləşən mənzildə yanğın zamanı 2 yanğınsöndürən ölüb.

“Report” xəbər verir ki, ilkin məlumata görə, xilasedicilər fevralın 27-si axşam Matros Jeleznyak bulvarında yerləşən yaşayış evinin mənzilində baş verən yanğını söndürən zaman həyatlarını itiriblər.

Alov 15 kvadratmetri əhatə edib. Mənzildən qadın və üç uşağı müstəqil şəkildə təxliyyə olunub.