Moskvada Rusiya və Türkiyə XİN başçılarının görüşü keçiriləcək

Region
  • 02 mart, 2018
  • 12:25
Moskvada Rusiya və Türkiyə XİN başçılarının görüşü keçiriləcək

Bakı. 2 mart. REPORT.AZ/ Rusiya və Türkiyənin Birgə Strateji Planlaşdırma Qrupunun altıncı iclası xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlunun sədrliyi ilə martın 14-də Moskvada keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə məlumat verib.

"İki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədə yüksək dinamika ilə xarakterizə olunur", - o vurğulayıb.

M.Zaxarova bildirib ki, qarşıdakı danışıqlar zamanı ikitərəfli gündəlikdə duran əsas məsələlər üzrə mövqelərin yoxlanması, Rusiya və Türkiyə prezidentləri arasında əldə olunan razılaşmaları təhlili, iki ölkə başçısının sədrliyi ilə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasına hazırlıq məsələlərinin müzakirəsi planlaşdırılır: "Bundan başqa, tərəflər enerji sahəsində strateji layihələri, o cümlədən "Akkuyu" AES-in tikintisini və "Türk axını" boru kəmərinin çəkilməsini, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanlarını müzakirə edəcəklər".

O qeyd edib ki, beynəlxalq terrorizmə qarşı mübarizə mövzusuna və siyasi nizamlama prosesinin aktivləşdirilməsinə xüsusi diqqət yetiriləcək.

44 - Tezliklə