Moskvada pansionatdakı yanğında xəsarət alanların sayı 23 nəfərə çatıb - YENİLƏNİB

Region
  • 19 dekabr, 2017
  • 13:01
Moskvada pansionatdakı yanğında xəsarət alanların sayı 23 nəfərə çatıb - YENİLƏNİB
РИА Новости / Игорь Онучин

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın Yeni Moskva rayonunda yaşlılar pansionatında baş verən yanğın nəticəsində xəsarət alanların sayı 23 nəfərə çatıb. 

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Moskva Səhiyyə İdarəsi yayıb.


*** 13:42

Rusiyada Yeni Moskva rayonunda yaşlıların pansionatında baş verən yanğın nəticəsində 16 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanin bildirib. 

Yanğınsöndürənlər hadisə yerinə gələnədək pansionatdan 37 nəfər təxliyyə edilib.