Moskvada MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının iclası keçiriləcək

Region
  • 18 dekabr, 2017
  • 10:27
Moskvada MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının iclası keçiriləcək

Bakı. 18 dekabr. REPORT.AZ/ Moskvada dekabrın 19-20-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının 43-cü iclası keçiriləcək.

"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, iclasda iştirakçılar 15 məsələyə, o cümlədən beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlığın müxtəlif aspektlərinə baxacaq, "Sipər-2017" xüsusi taktiki təlimlərin yekununu vuracaq, yeni birgə antiterror əməliyyatlarının keçirilməsi barədə razılığa gələcəklər.

Bundan əlavə, görüşdə MDB Antiterror Mərkəzinin 2018-ci il üçün planlaşdırılan fəaliyyəti, təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının işinin səmərəliliyinin artırılması və növbəti il üçün iş planı müzakirə ediləcək.

Qeyd edək ki, bu şura 1997-ci ildə yaradılıb. Onun əsas vəzifəsi beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində və xüsusi xidmət orqanlarının fəaliyyətinin razılaşdırılmış digər sferalarında səmərəli əməkdaşlığı təmin etməkdir.

44 filmi