Moskvada koronavirusdan ölənlərin sayı 6 400-ü ötdü

Region
  • 25 oktyabr, 2020
  • 23:12
Moskvada koronavirusdan ölənlərin sayı 6 400-ü ötdü

Moskvada son sutka ərzində koronavirusdan 62 nəfər dünyasını dəyişib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 6 442 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada 68 nəfərin öldüyü bildirilib.