Moskvada Kənd Təsərrüfatı Nazirliyinin binası yanır

Region
  • 25 dekabr, 2017
  • 08:31
Moskvada Kənd Təsərrüfatı Nazirliyinin binası yanır

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiya Kənd Təsərrüfatı Nazirliyinin binalarından birinin damında yanğın baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Moskvanın mərkəzində, Orlikov küçəsindəki binanın damında qeydə alınıb.

Məlumata görə, həmin binanın əvvəlcədən zədələnmiş hissəsi yanıb, nəticədə yüzdən çox adam təxliyyə edilib, xəsarət alan yoxdur.

44 - Tezliklə