"Moskva göz yaşlarına inanmır" filminin qəhrəmanı vəfat edib
Region
- 25 dekabr, 2025
- 16:01
Rusiya Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.
"Report"un Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə A. S. Puşkin adına Moskva Dram Teatrından bildirilib.
KİV-in məlumatına görə, Alentova son bir neçə ay hipertonik ürək xəstəliyinin kəskinləşməsindən əziyyət çəkib.
Məşhur aktrisa həmkarı, "Tanrıların qısqanclığı" filmindəki tərəf müqabili Anatoli Lobotskinin dəfnində özünü pis hiss edib. Aktrisa təcili xəstəxanaya yerləşdirilib və orada vəfat edib.
Alentova kinoda 1965-ci ildə debüt edib. Onun ən məşhur kino işlərindən Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" melodramında Katerina, Yuli Rayzmanın "Arzular vaxtı" dramında Svetlana Vasilyevna və Menşovun "Tanrıların qısqanclığı" melodramında Sonya obrazları yer alır.
Son xəbərlər
18:02
Keçmiş FIFA referisi Ronalduya qırmızı vərəqə göstərdiyi üçün "Real"ın oyunlarına təyinat almayıb
Futbol17:57
Foto
Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Cırtdan Meqa Şousu" təşkil olunub
Sosial müdafiə17:51
Bu il cəza çəkməkdən azad edilmiş 1218 şəxs məşğulluğa cəlb edilib
Sosial müdafiə17:37
Müdafiə naziri: İsveçrə özünü hücumdan qorumaq qabiliyyətində deyil
Digər ölkələr17:18
La Liqa təmsilçisi 19 yaşlı niderlandlı yarımmüdafiəçi ilə maraqlanır
Futbol17:06
Azərbaycan polad boru istehsalını 2 dəfədən çox artırıb
Biznes17:02
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sağlamlıq16:30
Azərbaycan noyabrda asfalt istehsalını 3 dəfə artırıb
Sənaye16:23
Foto