Möhsün Rzayi: ABŞ məğlubiyyətə məhkumdur
- 13 aprel, 2026
- 03:35
ABŞ İrana qarşı Hörmüz boğazını açmaq cəhdindəki tarixi uğursuzluğu kimi, dəniz blokadasında da məğlubiyyətə məhkumdur.
"Report" xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzayi "X" sosial şəbəkə hesanında yazıb.
"İran Silahlı Qüvvələri Amerikaya belə bir icazə verməyəcək və buna qarşı çıxmaq üçün böyük, toxunulmamış təsir vasitələrinə malikdir", - o bildirib.
M. Rzayinin sözlərinə görə, İran sosial şəbəkə paylaşımları və fantastik planlarla blokadaya alınacaq ölkə deyil.
Qeyd edək ki, Rzayi əvvəllər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri olub. Martın 16-da M. Xamenei onu özünə hərbi müşavir təyin edib.
آمریکا همانطورکه در بازکردن تنگههرمز شکست تاریخی در برابر ایران خورد، در محاصره دریایی نیز محکوم به شکست است. نیروهای مسلح ایران چنین اجازهای را به امریکا نخواهند داد و اهرمهای دستنخورده بزرگی برای مقابله با آن دارند. ایران جایی نیست که با توییت و طرحهای خیالی محاصره شود!
— محسن رضایی (@ir_rezaee) April 12, 2026