Mixeil Saakaşvilinin vəziyyəti kritik həddə çatıb
Region
- 18 oktyabr, 2021
- 07:52
Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixeil Saakaşvilinin vəziyyəti ağırlaşıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib.
O deyib ki, sabiq dövlət başçısının təcili olaraq xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
Həkim qeyd edib ki, M.Saakaşvili mənəvi cəhətdən güclü olsa da, fiziki cəhətdən zəifləyib və yeriməkdə çətinlik çəkir.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanada olan siyasətçi artıq 18-ci gündür aclıq aksiyası keçirir. Oktyabrın 13-də onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb. Qrup üzvlərinin bu gün M.Saakaşviliyə baş çəkəcəyi gözlənilir.
Son xəbərlər
16:07
Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
Xarici siyasət16:06
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb
İdman16:04
Yusif Abdullayev: Azərbaycan və Mərkəzi Asiya ölkələri rəqabətdən birgə layihələrə keçir
Xarici siyasət16:04
Azərbaycan və Türkiyə süni intellekt sahəsində birgə layihələr həyata keçirə bilər
İnfrastruktur16:02
Kembric Ticarət Palatası: Azərbaycanla birgə müəssisələr yaratmaq üçün imkanlar var
Biznes16:01
"LANDAU Lions" məşqçilər korpusuna Səbuhi Hacıyevi cəlb edib
Komanda15:55
Azərbaycan və Tacikistan Asiyadan Avropaya yaşıl rəqəmsal dəhliz qura bilər
İnfrastruktur15:55
"Mercedes"in nümayəndəsi: Bakıdakı təsnifat mərhələsində çox şey təkərlərdən asılıdır
Formula 115:53