Mixail Kavelaşvili: Azərbaycanla strateji tərəfdaşlığın çoxtərəfli inkişafı Gürcüstan üçün prioritetdir
- 06 aprel, 2026
- 14:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan və Azərbaycan arasında möhkəm strateji tərəfdaşlıq mövcuddur və onun çoxtərəfli inkişafı Gürcüstan üçün prioritetdir.
"Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib.
"Mixail Kavelaşvili görüş zamanı qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında möhkəm strateji tərəfdaşlığın yüksək səviyyədə saxlanılması və onun çoxtərəfli inkişafı Gürcüstan üçün prioritetdir.
Görüş zamanı vurğulanıb ki, davam edən geosiyasi proseslər fonunda, beynəlxalq nizamın köklü şəkildə dəyişdiyi bir vaxtda regionda sabitliyin və sülhün qorunması getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi üçün təşəkkür edib", - Gürcüstan Prezidentinin Administrasiyasının məlumatında bildirilib.