Mirzoyan: Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb
- 30 iyun, 2025
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan və Avropa İttifaqı (Aİ) rəsmi olaraq müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb.
"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransı zamanı bildirib.
"Bu gün birlikdə Ermənistan-Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində məsləhətləşmələrinə start verdik. Bu, əməkdaşlıq çərçivələrimizi müasir çağırışlara uyğunlaşdırmaq üçün qətiyyətli addımdır", - o bildirib.
A.Mirzoyan qeyd edib ki, İrəvana səfər edən Aİ-nin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə Ermənistan parlamentinin qəbul etdiyi Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun çərçivəsində mümkün növbəti realist addımlar müzakirə olunub.