Metsamor Atom Elektrik Stansiyasında korrupsiya aşkarlanıb

Region
  • 03 dekabr, 2018
  • 09:02
Metsamor Atom Elektrik Stansiyasında korrupsiya aşkarlanıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidməti Metsamor Atom Elektrik Stansiyası (AES) da daxil olmaqla bir neçə korrupsiya ocağını aşkarlayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, Metsamor AES-in vəzifəli şəxsləri ilə əlbir olan bəzi kənar şəxslər müəssisə üçün təhlükəsizlik cihazlarının təkrar satışı barədə sənədlərində qiymətləri şişirtmək yolu ilə 7 milyon dramlıq avadanlığı 33 milyon drama satmaqla dövlətə 25 milyon dram (51 min ABŞ dollarından artıq) məbləğində ziyan vurublar.

Ümumiyyətlə, ölkə boyu dövlət vəsaitlərinin dağıdılmasına dair 10 cinayət işi açılıb.