Mərkəzi Asiya və Cənubi Koreya arasında ticarət dövriyyəsi 20 milyard dollar səviyyəsinə çatdırılacaq
- 16 sentyabr, 2026
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərkəzi Asiya ölkələri 2030-cu ilə qədər Cənubi Koreya ilə ticarət dövriyyəsinin həcmini 20 milyard dollara çatdıra bilərlər.
"Report" Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ "Mərkəzi Asiya-Koreya Respublikası" birinci sammitində müzakirə olunub.
"Qarşılıqlı ticarəti əhəmiyyətli dərəcədə artırmaq və region ölkələrinin Koreya ilə ticarət dövriyyəsinin həcmini 2030-cu ilə qədər 20 milyard dollara çatdırmaq üçün birgə səmərəli həllər tapmağa imkan verəcək sənaye və ticarət nazirlərinin görüş platformasının yaradılması təşəbbüsü dəstəklənib", - məlumatda bildirilib.
Sammitdə çıxış edən Özbəkistan lideri regional bazar üçün innovasiya-istehsalat bazasına çevriləcək "Mərkəzi Asiya - Koreya" Sənaye-Texnologiya Parkını ölkədə yerləşdirməyə hazır olduğunu bəyan edib.
Həmçinin qeyd edilib ki, sammitin yekunlarına əsasən, Seul Bəyannaməsi, eləcə də qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri üzrə bir sıra digər sənədlər qəbul edilib.