Məkkədə “Qədr gecəsi” zamanı izdiham yaranıb, 18 nəfər xəsarət alıb

Region
  • 02 iyul, 2016
  • 05:48
Məkkədə “Qədr gecəsi” zamanı izdiham yaranıb, 18 nəfər xəsarət alıb

Bakı. 2 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə şəhərində “Qədr gecəsi” zamanı izdiham yaranması nəticəsində 18 nəfər xəsarət alıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Məkkə Səhiyyə Təşkilatının sözçüsü Hamid əl-Maliki bildirib.

Onun sözlərinə görə, “Qədr gecəsi”ndə müsəlmanların sayının çox olması səbəbindən Kəbə ətrafındakı “Dar Tevhid” hoteli yaxınlarında insanlar boğulmaq təhlükəsi ilə üzləşib: “Həkimlər 18 nəfərə tibbi yardım göstəriblər və onların səhhəti yaxşıdır”. 

44 - Tezliklə