Manavazyan Ermənistan parlamentində "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri olacaq

Region
  • 02 iyul, 2026
  • 20:34
Manavazyan Ermənistan parlamentində Vətəndaş müqaviləsi fraksiyasının rəhbəri olacaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının rəhbəri Arusyak Manavazyan olacaq.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Onun namizədliyini partiyanın İdarə Heyəti növbəti iclasında təsdiqləyib.

Daha əvvəl fraksiyanın rəhbəri vəzifəsini Ermənistan parlamentinin sədr müavini vəzifəsinə namizədliyi irəli sürülən Ayk Koncoryan tuturdu.