Makey: "Pelosinin İrəvana gəlişi kimi səfərlər münaqişələri daha da qızışdırır"

Region
  • 25 sentyabr, 2022
  • 16:50
Makey: Pelosinin İrəvana gəlişi kimi səfərlər münaqişələri daha da qızışdırır

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana gəlişi kimi səfərlər yalnız münaqişələri qızışdırmağa xidmət edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

"Bu cür səfərlər münaqişələrin yumşaldılması ilə deyil, əksinə, kəskinləşməsi ilə əlaqələndiriləcək", - V.Makey bildirib.