Gürcüstan XİN: ABŞ ilə strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindəyik

Region
  • 21 oktyabr, 2025
  • 02:38
Gürcüstan XİN: ABŞ ilə strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindəyik

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindədir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

O, bildirib ki, rəsmi Tbilisi Vaşinqton ilə münasibətləri yaxşılaşdırmaq istəyir.

"Biz istəyirik ki, ABŞ ilə strateji tərəfdaşlıq müəyyən məzmunlu olsun. Tbilisi Gürcüstan-Amerika münasibətlərini yaxşılaşdırmaq arzusundadır və bunun üçün hər şeyi edəcək", - nazir "Rustavi 2" telekanalına müsahibəsində deyib.

M.Boçorişvilinin sözlərinə görə, Bayden administrasiyası dövründə iki ölkə arasında münasibətlərdə müəyyən gərginliklər müşahidə olunsa da, Gürcüstan bu əlaqələri müsbət istiqamətdə bərpa etməyə hazırdır:

"Çox təəssüf edirik ki, münasibətlər əvvəlki səviyyədən uzaqlaşıb. Lakin Gürcüstan əlaqələri müsbət kontekstdə bərpa etmək üçün bütün səylərini göstərəcək".

Nazir həmçinin qeyd edib ki, Vaşinqtonun Tbilisiyə münasibətdə hansı maraqlara üstünlük verdiyi aydın olmalıdır: "Bizim üçün vacibdir ki, ABŞ-nin Gürcüstanla münasibətlərdə hansı məqsədləri güddüyü aydın olsun. Biz münasibətlərin qarşılıqlı hörmət və real əməkdaşlıq prinsiplərinə əsaslanmasını istəyirik".

Son xəbərlər

Bütün Xəbər Lenti