Mahaçqalada yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

Region
  • 22 noyabr, 2021
  • 13:51
Mahaçqalada yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada ikimərtəbəli yaşayış binasında qaz sızmasından baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsindən bildiriblər.

Məlumata görə, dağıntılar altında bir nəfər qalıb.

Hadisə ilə bağlı araşdırma aparılır.