Mahaçqalada kütləvi zəhərlənmə baş verib, 13 nəfər xəstəxanaya yerləşdirilib

Region
  • 24 avqust, 2017
  • 11:34
Mahaçqalada kütləvi zəhərlənmə baş verib, 13 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. 24 avqust. REPORT.AZ/ Dağıstan Respublikasının Mahaçqala şəhərində toydan sonra 20-dən çox adam tibbi yardım üçün müraciət edib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, epidemioloji araşdırmanın ilkin nəticələrinə görə, avqustun 22-də xəstələnənlərin hamısı "Çəhrayı Flaminqo" banket zalında toyda olublar və toyuqdan hazırlanmış yemək yeyiblər.

"Banket zalının mətbəxində qəbul, saxlama, saxlama şəraitinə əməl edilməsi, məhsulun hazırlanma texnologiyası qaydalarında ciddi pozuntular aşkar edilib. Tibbi müayinədən keçməyən və tibbi kitabçası olmayan adamlar yemək hazırlanmasına buraxılır, istehsala nəzarət yoxdur, dezinfeksiya və deratizasiya işləri aparılmır", - Dağıstan üzrə "Rospotrebnadzor"un məlumatında deyilir.

Faktla bağlı cinayət işi açılıb.

44 - Tezliklə