“LUKoyl”un prezidenti neftin qiymətinin 100 dollaradək bahalaşacağını gözləmir

Region
  • 29 may, 2018
  • 10:58
“LUKoyl”un prezidenti neftin qiymətinin 100 dollaradək bahalaşacağını gözləmir

Bakı. 29 may. REPORT.AZ/ “LUKoyl” şirkətinin prezidenti və sahibi Vahid Ələkbərov neftin barelinin qiymətinin 100 dollaradək bahalaşacağını gözləmədiyini açıqlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, neftin qiymətini şərh edərkən bildirib: “Fikirmcə, belə baha qiymət OPEK+-un razılaşması nəticəsində baş verən ixtisarla tənzimlənmir. Bu, ABŞ-ın bəyanatları əsasında İranın neft ixracının məhdudlaşması, Venesuelada hasilatın kəskin azalması ilə tənzimlənir. Bu amillər dəyişə də bilər”.