Leonid Yakuboviç və Aleksandr Maslyakov Vladimir Putinin səlahiyyətli nümayəndələri olublar

Region
  • 12 yanvar, 2018
  • 12:02
Leonid Yakuboviç və Aleksandr Maslyakov Vladimir Putinin səlahiyyətli nümayəndələri olublar
Виталий Невар/ТАСС

Bakı. 12 yanvar. REPORT.AZ/ Teleaparıcılar - Leonid Yakuboviç və Aleksandr Maslyakov (böyük) 2018-ci ildə keçiriləcək seçkilərdə Vladimir Putinin səlahiyyətli nümayəndələri olublar.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, L.Yakuboviç 2012-ci ildə keçirilən seçkilərdə də V.Putinin səlahiyyətli nümayəndəsi olub, A.Maslyakov isə onun Moskva üzrə "Xalq qərargahı"na daxil olub.

Mərkəzi Seçki Komissiyası, ümumilikdə, prezident seçkilərində V.Putinin 259 səlahiyyətli nümayəndəsini qeydiyyata alıb. Onlar arasında Nikolay Tsiskaridze, Diana Qurtskaya, Lev Leşenko və ictimaiyyətin digər nümayəndələri var.

Rusiya qanunvericiliyinə görə, prezidentliyə namizəd 600-ə qədər səlahiyyətli nümayəndəni təyin edə bilər.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri bu ilin martın 18-də keçiriləcək, seçki kampaniyası rəsmi olaraq keçən il dekabrın 18-dən start götürüb.

44 filmi