Lavrov: Rusiya və ABŞ fevralın 27-də İstanbulda danışıqlar aparacaq
- 26 fevral, 2025
- 14:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçiriləcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu həmin ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.
Görüşdə ölkələrin diplomatik nümayəndəliklərinin işinə olan maneələrin aradan qaldırılması müzakirə olunacaq.
Səfirlik işçilərinin fəaliyyətlərinin bərpası Rusiya və ABŞ nümayəndə heyətlərinin fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlarda əldə etdiyi razılaşmalardan biri olub.
“Biz bildirdik ki, yüksək səviyyəli diplomatlarımız, ekspertlərimiz görüşüb sistemli məsələləri nəzərdən keçirəcəklər. Bu problemlər əvvəlki administrasiyanın Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmaq üçün həyata keçirdiyi fəaliyyəti nəticəsində yığılıb. Biz də buna cavab vermişik və Moskvadakı ABŞ səfirliyinin fəaliyyəti üçün komfort olmayan şərait yaratmışıq. Görüş sabah İstanbulda baş tutacaq”, - S.Lavrov Dohada mətbuat konfransında bildirib.
Qeyd edək ki, Ər-Riyad danışıqlarından sonra iki ölkənin prezidentləri Donald Tramp və Vladimir Putin müzakirələri uğurlu adlandırıblar.