Lavrov Əraqçi ilə ABŞ-İran danışıqlarının yekunlarını müzakirə edib

Region
  • 20 fevral, 2026
  • 14:14
Lavrov Əraqçi ilə ABŞ-İran danışıqlarının yekunlarını müzakirə edib

Rusiya və İranın xarici işlər naziri Sergey Lavrov və Abbas Əraqçi telefon danışığı zamanı Cenevrədə aparılmış ABŞ-İran danışıqlarının yekunlarını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Nazirlər Cenevrədə baş tutmuş ABŞ-İran təmaslarının yekunları da nəzərə alınmaqla İranın nüvə proqramı ətrafındakı cari vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar", - məlumatda deyilir.

S.Lavrov bildirib ki, Rusiya nüvə silahının yayılmaması haqqında müqavilənin prinsiplərinə uyğun olaraq İranın qanuni hüquqlarına hörmət edilməklə ədalətli siyasi-diplomatik həllərin axtarışına yönəlmiş danışıqlar prosesini dəstəkləyir.

Söhbət zamanı tərəflər qarşılıqlı maraq kəsb edən digər məsələlərə də toxunublar.