Kuril adaları yaxınlığında 6,5 maqnitudada zəlzələ baş verib

Region
  • 28 dekabr, 2023
  • 10:33
Kuril adaları yaxınlığında 6,5 maqnitudada zəlzələ baş verib

Rusiyanın Kuril adaları yaxınlığında 6,5 ​​maqnitudada zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Rusiyanın Kurilsk şəhərindən 107 kilometr cənub-şərqdə olub. Zəlzələ ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

44 - Tezliklə