KTMT, ŞƏT və MDB-nin icra orqanlarının rəhbərləri Moskvada toplaşacaqlar

Region
  • 14 noyabr, 2022
  • 14:26
KTMT, ŞƏT və MDB-nin icra orqanlarının rəhbərləri Moskvada toplaşacaqlar

Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) icra orqanlarının rəhbərləri - Sergey Lebedev, Stanislav Zas və Çjan Min noyabrın 16-da Moskvada görüşəcəklər.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Onların təşkilatların qarşılıqlı fəaliyyətini və Avrasiya məkanında təhlükəsizlik məsələlərini müzakirə edəcəkləri bildirilir.