KTMT-nin sabiq erməni baş katibinin ölkədən çıxışına qadağa qoyulub

Region
  • 09 iyun, 2019
  • 07:14
KTMT-nin sabiq erməni baş katibinin ölkədən çıxışına qadağa qoyulub

KTMT-nın sabiq baş katibi Yuri Xaçaturovun Ermənistandan çıxışına qadağa qoyulub.

"Report" xəbər verir ki, bunu onun vəkili Miqran Poqosyan bildirib.

Onun sözlərinə görə, erməni sərhədçiləri Xaçaturovun Gürcüstana getməsinə imkan verməyiblər.